Muxtar Dadaşovun şəxsi arxiv fondu yaradılıb

 

   Görkəmli kinooperatorrejissor, Xalq artisti Muxtar Dadaşovun (1913-1998) 100 illik yubileyi ərəfəsində Dövlət Film Fondunda onun şəxsi arxiv fondu yaradılıb.

   Fonda rejissorun 100-ə yaxın fotosu və şəxsi əşyaları daxildir. Dövlət Film Fondundan bildiriblər ki, sənətkarın arxivi onun oğlu tərəfindən təhvil verilib. İyunun sonlarında Muxtar Dadaşovun 100 illik yubileyi qeyd olunacaq və tədbirdə bu arxiv materiallarından da istifadə ediləcək.

   Muxtar DadaşovQanun naminə”, “Bakıda küləklər əsir” filmlərinin quruluşçu rejissoru, “Kəndlilər”, “Yeni horizont”, “Arşın mal alan” (1945) və s. filmlərin operatoru olub.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 11.